Boksçularımız Belarusda beynəlxalq turnirdə döyüşəcək
Azərbaycanın yeniyetmə boksçuları bu gün Belarusun Jabinka şəhərində start götürəcək beynəlxalq turnirdə iştirak edəcəklər.
Mediasport.az xəbər verir ki, 4 gün davam edəcək yarışda milli komandanın 8 idmançısı rinqə çıxacaq.
Baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov Jabinkada Ayxan Həsənov (48 kiloqram), Nihat Qasımov (50 kiloqram), İmran Axundov (52 kiloqram), Əflatun İsmiyev (54 kiloqram), Sübhan Babayev (57 kiloqram), Şahin Aslanov (60 kiloqram), Haqverdi Həsənov (63 kiloqram) və Səfdər Məmmədzadəyə (+80 kiloqram) şans verəcək.