Azərbaycan Dünya Oyunlarını 3 medalla yekunlaşdırdı
Azərbaycan paracüdoçuları İngiltərənin Birmingem şəhərində keçirilən İBSA Dünya Oyunlarını 3 medalla başa vurublar.
mediasport.az xəbər verir ki, yığmamız yarışda 2 gümüş, 1 bürünc mükafat qazanıb.
Kişilərin mübarizəsində İlham Zəkiyev (+90 kq, J1), qadınlarda Xanım Hüseynova (70 kq, J2) turniri ikinci yerdə tamamlayıb, Şəhanə Hacıyeva (48 kq, J2) isə 3-cü olub.