AMADA azərbaycanlı cüdoçunu 24 aylıq diskvalifikasiya etdi - RƏSMİ
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) cüdoçu Sadiq Hacıyevi 24 aylıq diskvalifikasiya edib.
Mediasport.az xəbər verir ki, cəzaya səbəb kimi idmançı tərəfindən məkan məlumatı pozuntusuna yol verilməsi göstərilib.
Qeyd edək ki, qərarın qüvvəyə minmə tarixi 2023-cü il iyulun 31-i göstərilib.
Sanksiya 2025-ci il iyulun 30-da bitəcək.