Avropa Paralimpiya Komitəsinin rəsmisi Azərbaycana səfər etdi

  Avropa Paralimpiya Komitəsinin rəsmisi Azərbaycana səfər etdi

Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel Bakıya səfər edib.

Mediasport.az xəbər verir ki, Blondel səfər çərçivəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə birgə Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.