Milli komandamız Portuqaliyada Avropa çempionatının finalına çıxdı!

Milli komandamız Portuqaliyada Avropa çempionatının finalına çıxdı!

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında finala çıxıb.

MediaSport.az xəbər verir ki, yığma qarışıq komanda yarışında müvafiq olaraq Niderlanda 4:1, Almaniya və İtaliya seçmələrinə 4:2 hesabı ilə qalib gəlməklə həlledici mərhələyə vəsiqə qazanıb.

Komandamız qızıl medal uğrunda görüşdə Fransa seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, cüdoçularımız Avropa çempionatının fərdi yarışlarında 6 qızıl və 3 bürünc olmaqla 9 medal qazanıblar və komanda hesabında birinci yeri tutublar.