İlk dəfə beynəlxalq yarışa qatılan komandamız qızıl medal qazandı
Yeni yaradılan və tarixində ilk dəfə beynəlxalq yarışda iştirak edən Azərbaycanın hokkey komandası Rusiyada təşkil olunmuş turnirdə qızıl medal qazanıb.
Mediasport.az xəbər verir ki, “Baku Flames” Tatarıstanın paytaxtı Kazan şəhərində İslam ölkələri arasında keçirilən “Orxis Cup” ikinci beynəlxalq hokkey turnirində 3-cü matçını da qələbə ilə başa vuraraq 1-ci yeri tutub.
B Liqasında yarışan komandamız Bəhreyni final görüşündə də məğlub edib - 7:3.
Beləliklə, “Baku Flames” liqanın qalibi olub. Növbəti il komandamız turnirin A Liqasında çıxış edəcək.
Qeyd edək ki, təmsilçimiz bunadək daha bir dəfə Bəhreyn (8:3) və İran hokkeyçiləri üzərində (11:6) qələbə qazanıb.
Turnirdə medallar uğrunda Türkiyə, Qazaxıstan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsilçiləri də mübarizə aparıblar.