Paralimpiya çempionu İmaməddin Xəlilov "Kəpəz"i ziyarət etdi - FOTO

  Paralimpiya çempionu İmaməddin Xəlilov "Kəpəz"i ziyarət etdi - FOTO

Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibi, parataekvondoçu İmaməddin Xəlilov "Kəpəz"in məşqində olub.

Mediasport.az xəbər verir ki, Gəncə idman məktəbinin yetirməsi klub rəhbərliyi, məşqçilər korpusu və futbolçularla görüşüb.

Klubun icraçı direktoru Cabir İbrahimov paralimpiyaçılarımızın öz çıxışları, əzmkar mübarizələri ilə hamıya nümunə olduqlarını bildirib.

Baş məşqçi Azər Bağırov paralimpiyaçılarımızın daim dördilliyin ən böyük yarışında uğurlar qazanaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırdıqlarını deyib. Onların Parisdə də Azərbaycanı layiqincə təmsil etmək üçün böyük səy göstərdiklərini əlavə edib.

İmaməddin Xəlilov xoş sözlərə və səmimi qarşılanmaya görə kollektivə təşəkkür edib, uşaqlıqdan "Kəpəz" azarkeşi olduğunu deyib. Komandanın çıxışına toxunan paralimpiya çempionu tarixi derbidə "Neftçi" üzərində qələbənin futbolçulara böyük motivasiya verəcəyinə inandığını söyləyib.

"Həyat mübarizədir, ruhdan düşmək olmaz" - deyən Xəlilov onu da vurğulayıb ki, idmanla məşğul olduğu 7 il ərzində böyük uğur qazana bilməyib. Amma əzmkarlığı sayəsində indi qarşısına qoyduğu bütün hədəflərə çatıb.

Görüşün sonunda İmaməddin Xəlilova komandamızın forması hədiyyə olunub.