Cüdo yığmamız 8-ci oldu
Cüdo üzrə Azərbaycan yığması Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pri yarışında 8-ci yeri tutub.
mediasport.az xəbər verir ki, zəif göstəriciyə komandamızın qızıl medal qazana bilməməsi səbəb olub.
Yığmamızın 4 medalından ikisi gümüş, ikisi də bürüncdür. Turan Bayramovla (60 kq) Gültac Məmmədəliyeva (52 kq) ikinci, Yaşar Nəcəfovla (66 kq) Elcan Hacıyev (90 kq) isə 3-cü olub.
Çempion adını 7 medalla yerli komanda təmin edib - 3 qızıl, 3 gümüş, 1 bürünc medal. Almaniya 3 medalla (1-2-0) 2-ci yeri, Fransa 4 medalla (1-0-3) 3-cü pilləni təmin edib.