Fransadan 3 medal

Fransadan 3 medal

Fransanın Sen-Loren-du-Var şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının III mərhələsi keçirilib.

MediaSport.az xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən güləşçilərin hamısı medal qazanıb.

İbrahim Yusubov (90 kq) çempion olub. Ramiz Həsənov (70 kq) və Oyan Nəzəriani (+90 kq) isə üçüncü yeri tutublar.

Beləliklə, çimərlik güləşi üzrə millinin üzvləri Dünya Seriyasının III mərhələsində 1 qızıl və 2 bürünc medal əldə edib.

Qeyd edək ki, dördüncü mərhələ sentyabrın 9-10-da Rumıniyanın Konstanta şəhərində keçiriləcək.