"Şöhrət, pul və ya başqa nəyinsə dalınca qaçmaq lazım deyil"
"Şöhrət, pul və ya başqa nəyinsə dalınca qaçmaq lazım deyil. Sadəcə, güləşməkdən zövq almalısan. İşini sevəndə və özünü səmimi qəlbdən ona həsr edəndə həmişə nəticə də olur".
Mediasport.az xəbər verir ki, bu sözləri dünya qadın güləşinin canlı əfsanəsi, Azərbaycan milli komandasının lideri Mariya Stadnik deyib.
4-qat Olimpiya medalçısı Dünya Güləş Birliyinin mətbuat xidmətinə müsahibə verib. 2-qat dünya çempionumuz hər şeydən əvvəl gördüyün işi sevməli olduğunu vurğulayıb:
"Qət etdiyin yolların, toplanışların, səfərlərin hər birində idman həyatının həzzi var. Hazırlıq prosesləri, çox sayda dostlar, müxtəlif ölkələr, qurduğun əlaqələr sənin üçün xoş olmalıdır. Bundan zövq aldıqca nəticələr də gələcək".
Qeyd edək ki, 36 yaşlı 10-qat Avropa çempionumuz tarixdə Yay Olimpiya Oyunlarında 5-ci dəfə iştirak edəcək ilk qadın güləşçi olacaq.