2 MMA döyüşçümüz uduzdu
Qazaxıstanın Almatı şəhərində 11 ölkədən idmançıların iştirakı ilə MMA üzrə "OCTAGON 39" turniri keçirilib.
mediasport.az xəbər verir ki, turnirdə Azərbaycan döyüşçüləri də mübarizə aparıb.
Günel Əmirbəyova (77,1 kq) 37-ci saniyədə qazaxıstanlı Antonina Kotlyarovskayaya, 59 kq çəki dərəcəsində mübarizə aparan Sərxan Vəlili isə 3-cü dəqiqədə Alişer Qabdullinə (Qazaxıstan) məğlub olub.