Milli komandalarımız Avropa Kubokunda iştirak edəcəklər

Milli komandalarımız Avropa Kubokunda iştirak edəcəklər

Azərbaycanın basketbol milliləri Avropa Kubokunun seçmə mərhələsində iştirak edəcəklər.

MediaSport.az xəbər verir ki, söhbət 3x3 basketbol üzrə yarışdan gedir.

Kişilərdən ibarət millimiz bosniyalı baş məşqçi Aleksandar Vlahoviçin rəhbərliyi ilə A qrupunda meydan sahibləri ilə yanaşı, Lüksemburq və Malta yığmaları ilə də qarşılaşacaq.

Komandamızın heyətində Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Zaur Paşayev və Endar Poladxanlı yer alacaqlar.

Qadınlardan ibarət kollektiv isə serbiyalı mütəxəssis Ratomir Deliçin rəhbərliyi altında A qrupunda İrlandiya və Malta seçmələri ilə görüşəcək. Komandada Tatyana Deniskina, Aleksandra Mollenhauer, Mersedes Volker və Dina Ulyanova olacaq.

Oyunlar 17-18 iyun tarixlərində baş tutacaq. Avropa Kubokunun əsas mərhələsi isə 5-7 sentyabrda İsrailin Yerusəlim şəhərində təşkil ediləcək.