Ciddi xəsarət alan "Barselona"lı futbolçunun üzünə 10 tikiş qoyuldu
“Barselona”nın müdafiəçisi Pau Kubarsi ciddi xəsarətlər alıb.
Mediasport.az xəbər verir ki, 17 yaşlı ispaniyalı UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun “Srvena Zvezda” ilə səfər matçında zədələnib.
Serbiya klubunun futbolçusu ikinci hissədə top mübarizəsində Kubarsinin üzünə təpik vurub.
Ciddi zədə alan gənc futbolçu dərhal xəstəxanaya aparılıb, üzünə 10 tikiş vurulub.
Görüş katalonların 5:2 hesablı qələbəsilə yekunlaşıb.