Azərbaycan Premyer Liqasının 2 futbolçusu Moldova millisində

Azərbaycan Premyer Liqasının 2 futbolçusu Moldova millisində

AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 7-də Avstriya, 10-da isə Farer adaları milliləri ilə qarşılaşacaq Moldova yığmasının heyəti açıqlanıb.

mediasport.az xəbər verir ki, baş məşqçi Sergey Kleşenko bu dəfə Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçunun adını siyahıya daxil edib.

Bunlar "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi və “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramdır. Hər iki futbolçu 51 yaşlı mütəxəssisin sərəncamında olacaq.

Qeyd edək ki, Marandiçi 2020, Avram isə 2021-ci ildən Moldova yığmasında forma geyinir.