"Sabah" "Olimpiakos"la "sülh" bağladı

"Sabah" "Olimpiakos"la "sülh" bağladı

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” son yoxlama oyununu keçirib.

MediaSport.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu kollektiv Yunanıstan təmsilçisi "Olimpiakos"la qarşılaşıb.

Kematen stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bakı klubunun heyətində ilk hissədə Davit Volkov fərqlənib.

Masazır klubu daha əvvəl Qətərin "Əl-Sədd" komandasına 3:1 hesabı ilə qalib gəlib, Almaniyanın “Sankt-Pauli” klubuna məğlub olub - 1:4.