Rahil oynamadı, komandası doğma meydanda məğlubiyyət aldı

Rahil oynamadı, komandası doğma meydanda məğlubiyyət aldı

Azərbaycan yığmasının futbolçusu Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında növbəti oyununu keçirib.

Mediasport.az xəbər ki, Radom təmsilçisi 16-cı turda "Stal"ı qəbul edib.

Millimizin heyətində zədə alan 29 yaşlı müdafiəçi görüşü kənardan izləyib, komandası 1:2 hesabı ilə məğlub olub.

"Radomyak" 15 turdan sonra 16 xalla 16-cı pillədə yer alıb.