Təmsilçimiz "Asiya uşaqları" oyunlarında 2 medal qazanıb
Azərbaycanlı üzgüçü Rusiyada keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında 1 gümüş və 1 bürünc medal qazanıb.
Mediasport.az xəbər verir ki, Süleyman İsmayılzadə 1500 metr məsafədə sərbəst üsulla gümüş, 200 metr məsafəyə "butterfly" üsulla üzgüçülük yarışlarında bürünc medallara yiyələnib.