Mehdi Hüseynzadə stadionu istifadəyə hazır vəziyyətə gətirilib

Mehdi Hüseynzadə stadionu istifadəyə hazır vəziyyətə gətirilib

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi Mehdi Hüseynzadə adına stadionda görülən işlər yekunlaşıb.

Mediasport.az xəbər verir ki, yayımçı telekanal üçün üç yerdə çəkiliş meydançası quraşdırılıb, kəsintisiz yayım üçün yüksək gərginlikli elektrik və sürətli internet xəttinin çəkilişi baş tutub.

Həmçinin, media nümayəndələri üçün xüsusi sektor təşkil edilib. İşıqlandırma sistemi tamamilə yenilənib. Skay-boksların qarşısındakı metal arakəsmələr şüşə ilə əvəz olunub. Stadionun ətrafında və içərisində məlumat xarakterli lövhələr qoyulub.

Nəzarət və təhlükəsizlik kameraları quraşdırılıb, stadionun səs və görüntü (monitor) sistemi təkmilləşdirilib.

Xatırladaq ki, "Gənclik şəhəri" təmsilçisi Premyer Liqanın 21-ci turunda "Neftçi"ni Mehdi Hüseynzadə adına stadionda qəbul edəcək. Görüş 4 fevral, saat 15:00-da start götürəcək. Oyundan öncə konsert proqramının keçirilməsi nəzərdə tutulub.