Azərbaycan V Dünya Köçəri Oyunlarında daha 2 medal əldə etdi

Azərbaycan V Dünya Köçəri Oyunlarında daha 2 medal əldə etdi

Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunları davam edir.

Mediasport.az xəbər verir ki, qazaq güləşi üzrə daha iki idmançımız medal qazanıb.

Eyvaz Baxşıyev (60 kq) və Emil Həsənov (74 kq) yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, oyunlar sentyabrın 13-dək davam edəcək.

Yarışlarda ölkəmiz 8 növdə - qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə ümumilikdə 54 idmançı ilə təmsil olunur.