Azərbaycan idmançıları Batumidəki beynəlxalq turnirdə ikinci oldular

  Azərbaycan idmançıları Batumidəki beynəlxalq turnirdə ikinci oldular

Fatimə Hüseynli və Məhəmmədəli Əliyev Gürcüstanda keçirilən Kamandan Oxatma üzrə 29-cu beynəlxalq turnirdə iştirak ediblər.

Mediasport.az xəbər verir ki, onlar Batumidə baş tutan turnirdə ikinci pillədə qərarlaşıblar.

Fatimə Hüseynli qadınlardan ibarət fərdi yarışda, Məhəmmədəli Əliyevm Fatimə Hüseynli ilə birgə qarışıq komanda yarışında mübarizə aparıblar.