Milli komandamız Latviyadakı birincilikdə 13 medal qazanıb

Milli komandamız Latviyadakı birincilikdə 13 medal qazanıb

Latviyada taekvondo üzrə Riqa açıq birinciliyi (G-1 kateqoriyalı) keçirilib.

Mediasport.az xəbər verir ki, gənclərdən ibarət komandamız yarışı 13 medalla başa vurub.

Bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (48 kq), Məhəmməd Həsənli (⁠51 kq), Fuad Məhərləmli (⁠55 kq) və Elcan Əliyev (⁠78 kq) qızıl medala yiyələnib. Finalda məğlub olan Nərgiz Kazımova (63 kq) və Yunis Hüseynov (68 kq) yarışda ikinci yeri tutublar.

Nilufər Borci (49 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (⁠59 kq), Harun Salmanzadə (⁠51 kq), Ziya Həsənli (⁠59 kq), Hüseyn Xudiyev (⁠73 kq) və Allahverdi Məmmədov (⁠+78 kq) isə bürünc medala layiq görülüblər.