AGF-nin vitse-prezidenti Parisə yollanacaq gimnastlarla görüşüb
Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüşüb.
Mediasport.az xəbər verir ki, federasiya rəsmisi gimnastların Paris-2024 Olimpiadasına hazırlığı ilə maraqlanıb, onlara uğurlar arzulayıb.
İyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı 15 idman növü üzrə 17 proqramda Azərbaycanı təmsil edəcək.
Xatırladaq ki, Bədii gimnast Zöhrə Ağamirova fərdi yarışlara qatılacaq.
Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət milli isə qrup hərəkətlərində mübarizə aparacaq.