Olimpiya Oyunlarının mükafatçısı, Avropa çempionu Bakıya gəldi

  Olimpiya Oyunlarının mükafatçısı, Avropa çempionu Bakıya gəldi

Avarçəkmə üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat Avropa çempionu və dünya ikincisi Dimitrios Mouyios Bakıya səfər edib.

Mediasport.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin dəvəti ilə ölkəmizə gələn yunanıstanlı veteran avarçəkən səfər çərçivəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında (AKAF) olub.

Dimitrios Mouyios AKAF-ın son illərdə gördüyü işlər, keçirilən beynəlxalq yarışlar və qazanılan nəticələrlə tanış olub.