Azərbaycan yığması İngiltərədə dünya çempionu olub - İLK DƏFƏ

Azərbaycan yığması İngiltərədə dünya çempionu olub - İLK DƏFƏ

Azərbaycan yığması Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət kollektiv tamblinq üzrə komanda hesabında çempion olub.

Bu, Azərbaycan gimnastikası tarixində ilk çempionluqdur.