Azərbaycan gimnastları beynəlxalq turnirdə 3 medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə 3 medal qazanıblar

Azərbaycanın bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Alma Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Mediasport.az xəbər verir ki, idmançılarımız 2 qızıl və 1 gümüş medal qazanıblar.

Halqa, top, gürzlər və lent üzrə yerinə yetirilən çoxnövçülük proqramında böyüklər arasında Zəhra Cəfərova fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Eyni proqramda gənclərin mübarizəsində çıxış edən Sofiya Məmmədova qızıl, Ayan Sadıqova isə gümüş medala sahib çıxıb.

S.Məmmədova "Turnirin kraliçası" nominasiyasının da qalibi adına layiq görülüb.