Azərbaycanın bu klubu ev oyunlarını Şamaxıda keçirəcək

Azərbaycanın bu klubu ev oyunlarını Şamaxıda keçirəcək

Futbol üzrə I Liqada çıxış edən “Difai Ağsu” bu mövsüm çempionatda qalan ev oyunlarını Şamaxıda keçirəcək.

Mediasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, klub quruma məsələ ilə bağlı müraciət ünvanlayıb.

Ağsu şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar komanda ev oyunlarının Şamaxı şəhər stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib.

PFL təmir işləri yekunlaşana qədər “Difai Ağsu”nun rəqiblərini Şamaxıda qəbul etməsini qərara alıb.