Azərbaycan klubunun çempionatı tərk edəcəyi DƏQİQLƏŞİB
Mövsüm başa çatmasa da, futbol üzrə Azərbaycan 1-ci Liqasını tərk edəcək klub müəyyənləşib.
Mediasport.az xəbər verir ki, "Araz Saatlı" gələn mövsüm bu çempionatda olmayacaq.
Bölgə təmsilçisi sona 3 tur qalmış çempionatda yerini qoruya bilməyib.
Aktivində cəmi 10 xalı olan aranlılar ən yaxın izləyicisi "Difai Ağsu"dan 10 xal geri qalırlar.
Reqlamentə görə, 1-ci Liqanın qalibi növbəti mövsüm Premyer Liqada, yarışın sonuncusu isə 2-ci Liqada oynamalıdır.
1 | Qaradağ Lökbatan | 24 | 15 | 7 | 2 | 42-16 | 52 |
2 | Şamaxı | 24 | 13 | 9 | 2 | 51-19 | 48 |
3 | İmişli | 24 | 13 | 7 | 4 | 36-17 | 46 |
4 | MOİK | 24 | 12 | 6 | 6 | 45-26 | 42 |
5 | Karvan | 24 | 11 | 5 | 8 | 31-28 | 38 |
6 | Zaqatala | 24 | 6 | 8 | 10 | 28-32 | 26 |
7 | İrəvan | 24 | 8 | 2 | 14 | 28-49 | 26 |
8 | Mingəçevir | 24 | 7 | 4 | 13 | 18-36 | 25 |
9 | Difai Ağsu | 24 | 5 | 5 | 14 | 31-41 | 20 |
10 | Araz Saatlı | 24 | 3 | 1 | 20 | 25-71 | 10 |