Yığmamızın keçmiş üzvü ölkə çempionunun heyətində oynayacaq
İlk dəfə təşkil edilən futbol üzrə Azərbaycan 2-ci Liqasının çempionu "Baku Sportinq" heyətini yeni oyunçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, yeni futbol mövsümündən 1-ci Liqada yarışacaq Bakı klubu Nazim Həsənzadə ilə müqavilə bağlayıb.
Azərbaycanın U-21 millisinin üzvü ilə anlaşma 2024/2025-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Latviya Yüksək Liqasında "Dauqavpils"d legioner həyatı yaşamış 22 yaşlı yarımmüdafiəçinin son klubu “Zirə-2” olub.
O, "Qəbələ" (U19), "Turan Tovuz" və "Sabah-2"də də forma geyinib.