Azərbaycanda ilk baş məşqçi istefası reallaşıb - RƏSMİ

 Azərbaycanda ilk baş məşqçi istefası reallaşıb - RƏSMİ

Azərbaycanda yeni futbol mövsümündə ilk baş məşqçi istefası reallaşıb.

Mediasport.az xəbər verir ki, 1-ci Liqada mübarizə aparan "Araz Saatlı"nın baş məşqçisi Şəhriyar Məmmədov tutduğu vəzifəni tərk edib.

Saatlı klubunun yaydığı məlumatda bildirilir ki, mütəxəssis komandadan öz istəyi ilə gedib.

"Araz Saatlı"nın peşəkar liqada çıxış etməsində əsas pay sahiblərindən olan mütəxəssisə xidmətlərinə görə təşəkkür edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Qeyd edək ki, onu bu postda əvəzləyəcək mütəxəssisin kimliyi geniş ictimaiyyətə sabah açıqlanacaq".

Qeyd edək ki, "Araz Saatlı" mövsümün geridə qalan 4 oyununun hamısında məğlub olub. Yeni yığılan kollektiv rəqib qapılarına qol da vurmayıb.