"Mingəçevir"də ayrılıq
Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Mingəçevir" yarımmüdafiəçisi ilə vidalaşıb.
Mediasport.az xəbər verir ki, şəhərin eyniadlı klubu Roman Hüseynovla yollarını ayırıb.
26 yaşlı futbolçunun müqaviləsinə xitam verilib.
"Qəbələ"nin yetirməsi olan Roman 2022-ci ilin yayından "Mingəçevir"də çıxış edirdi.