"Qarabağ"ın avrokubok matçlarını rumıniyalı hakimlər idarə edəcəklər

  "Qarabağ"ın avrokubok matçlarını rumıniyalı hakimlər idarə edəcəklər

Qadınlardan ibarət "Qarabağ" həndbol klubunun Avropa Kubokunun 3-cü mərhələsinin "Qaliçanka" ilə matçlarının hakim təyinatları açıqlanıb.

Mediasport.az xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimləri idarə edəcəklər.

Hər iki matça İonut Marian Kazan və Qesur Suliman təyinat alıblar. Onların işinə türkiyəli hakim-inspektor Kenan Sivrikaya qiymət verəcək.

Noyabrın 16-da keçiriləcək ilk oyunda Ukrayna təmsilçisi, 17-də "Qarabağ" meydan sahibi olacaq.

Hər iki görüş Mingəçevirdəki "Kür" Olimpiya İdman-Tədris Mərkəzində baş tutacaq.