"Araz-Naxçıvan" növbəti dəfə Azərbaycan çempionu olub
Bu gün futzal üzrə Yüksək Liqada XVII turun oyunları keçirilib.
Mediasport.az xəbər verir ki, ilk matçda iddialı “Araz-Naxçıvan”la “Neftçi” İK qarşılaşıb.
“Qırmızı-ağlar” çətin keçən görüşdə qələbə qazanaraq növbəti dəfə Azərbaycan çempionu tituluna yiyələniblər.
Yüksək Liqa. 17-ci tur
“Araz-Naxçıvan” – “Neftçi” İK (4:2) 5:4
Qollar: Lukas Romao, 0:17, 7:47, Diaqo Auqusto, 3:34, 4:53, 29:15 // Amir Şojaei, 6:44, Ülvi Əliyev, 14:21, Namiq Məmmədkərimov, 21:58, 28:46 (pen.).
U-19 – Baku Fire (0:3) 1:10
Qollar: Bəyoğlan Vəlizadə, 33:23 // Tofiq Mikayılov, 1:19, Kənan Manafov, 8:48, 21:43, 29:37, İaqo Henrique, 14:51, 20:29, Oruc Baxşəlizadə, 33:40, 35:00, 37:12, Elvin Quliyev, 39:56.
Record club – Yasamal Bakı (0:5) 1:11
Qollar: Nahid Mirzəzadə, 39:46 // Behroz Jafari, 7:28, 38:12, Adil İsmayılov, 14:16, Rüstəm Bağırov, 14:55, 15:05, 24:03, 31:24, 38:31, 39:21, Fuad Məmmədzadə, 19:31, Tofiq Məlikov, 37:49.