Baş katibin məsləhətçisinə Avropa Cüdo Birliyində iş verildi

Baş katibin məsləhətçisinə Avropa Cüdo Birliyində iş verildi

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin məsləhətçisi Azər Novruzov Avropa Cüdo Birliyinin (EJU) Marketinq departamentində məsləhətçi kimi fəaliyyətə başlayıb.

mediasport.az xəbər verir ki, bununla bağlı müqavilə ona EJU prezidenti Laslo Tot və marketinq direktoru Jaçek Zavadka tərəfindən təqdim edilib.

Azər Novruzov 2011-2013 və 2016-2017-ci illərdə ACF-də idman meneceri vəzifəsində çalışıb. O, daha əvvəl Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatlarında Təşkilat Komitəsinin üzvü olub.