Azərbaycan yığmasının futbolçusu Rusiya çempionu adını qazandı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva Rusiya çempionu olub.
Mediasport.az xəbər verir ki, 22 yaşlı müdafiəçi "Zenit" heyətində titula sahib çıxıb.
Sankt-Peterburq təmsilçisi son turda ÇSKA-nı 1:0 hesabı ilə məğlub edib.
Bununla da "Zenit" məğlubiyyətsiz çempionluğu qeyd edib.
Mirzəliyeva bu mövsüm 7 oyunda 1 qol vurub.