Mollayidən gümüş medal, qalan 4 cüdoçumuz ümidləri doğrultmadı

Mollayidən gümüş medal, qalan 4 cüdoçumuz ümidləri doğrultmadı

Azərbaycan cüdoçusu Səid Mollayi İsrailin Yerusəlim şəhərində keçirilən "World Masters” turnirində final görüşünə çıxıb.

mediasport.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən Dünya çempionu həlledici mərhələdə gürcüstanlı Tato Qriqalaşviliyə məğlub olub.

Eyni çəkidəki Zelim Tçkayev startda italiyalı Antonio Espositoya, Elcan Hacıyev dominikanlı Medikson Del Orbe Kortorreala uduzaraq mübarizəni dayandırıblar.

Yarışın ilk günündə altı idmançımızdan yalnız Balabəy Ağayev (60 kq, bürünc) qazanıb. Üç gün davam edəcək turnirə ölkəmiz 13 cüdoçu ilə qatılıb.