QRAN-PRİ: Balabəy "bürünc" qazandı, Turan 5-ci, Leyla isə 7-ci oldu
BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində (60 kq) mübarizə aparan Balabəy Ağayev bürünc medala sahib çıxıb.
mediasport.az xəbər verir ki, azərbaycanlı cüdoçu üçüncü yer uğrunda qarşılaşmada ölkəmizin digər təmsilçisi Turan Bayramova qalib gəlib. Bayramov isə turniri 5-ci pillədə başa vurub.
Qadınların mübarizəsində isə 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva 7-ci yerlə kifayətlənib.