Yeniyetmə cüdoçularımız dünya çempionatında iştirak edəcəklər

Yeniyetmə cüdoçularımız dünya çempionatında iştirak edəcəklər

Azərbaycanın yeniyetmə cüdoçuları Peruda keçiriləcək dünya çempionatında iştirak edəcək.

Mediasport.az xəbər verir ki, Lima şəhərində baş tutacaq turnir 28-31 avqustda keçiriləcək.

49 ölkədən 405 idmançının qatılacağı yarışda Azərbaycan oğlanlar arasında 5 çəki dərəcəsində 7 nəfərdən ibarət heyətlə təmsil olunacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcək.

-50 kq.

Bahadır Feyzullayev

Məhəmmədəli Hüsiyev

-55 kq.

Nihad Məmişov

-73 kq.

Cəsur İbadlı

-81 kq.

Əli Qazıməmmədov

Mehdi Abbasov

+90 kq.

Sübhan Axundov