Cüdoçularımızın Dünya çempionatındakı fiaskosu davam edir!
Qətərin paytaxtı Dohada keçirilən Dünya çempionatında Azərbaycan cüdoçularının fiaskosu davam edir.
mediasport.az xəbər verir ki, təmsilçilərimizdən daha 3-ü mundialı medalsız başa vurub.
Bu gün mübarizəyə qoşulan idmançılarımızdan 66 kq çəki dərəcəsində Avropa çempionu Orxan Səfərov 1/16 final mərhələsində Daikli Bubanı (Fransa) məğlub etsə də, Elios Manziyə (İtaliya) uduzub.
Qadınların yarışında 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva 1/16 finalda Sofia Fioranı (Argentina) mübarizədən kənarlaşdırsa da, Amandine Buçara (Fransa) yenilib. Eyni çəkidə Aydan Əliyeva isə 1/32 finalda Erza Muminoviqdən (Kosova) güclü olub, ardınca Odette Ciffrıde (İtaliya) ilə bacarmayıb.
DÇ-də ölkəmiz 13 cüdoçu ilə təmsil olunur. Yarışın ilk günündə 60 kq-dakı Balabəy Ağayev və Turan Bayramov, qadınlarda 48 kq-da Leyla Əliyeva ilə Könül Əliyeva da medalsız qalıblar. Dünya birinciliyi mayın 14-də yekunlaşacaq.