Basketbol tarixində rekord qeydə alınıb
Basketbol tarixində ilk dəfə bir mövsümdə 11 min oyunçu transferi qeydə alınıb.
Mediasport.az xəbər verir ki, CİES (“İnternational Centre for Sports Studies” – Beynəlxalq İdman Araşdırmaları Mərkəzi) və FİBA (“International Basketball Federation” – Beynəlxalq Basketbol Federasiyası) bu haqda hesabat yayıb.
2022/23 mövsümündə kişilərdən ibarət komandalar 9122, qadınlardan ibarət komandalar isə 2665 transfer gerçəkləşdirib və rekord qeydə alınıb.
ABŞ digər ölkələrə ən çox oyunçu göndərən ölkə olub – 1942 basketbolçu.