Yığmamız Avropa Kubokuna Ermənistanla matçla başlayacaq

Yığmamız Avropa Kubokuna Ermənistanla matçla başlayacaq

Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol üzrə millilərinin Kosovonun Priştina şəhərində keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində oyun təqvimi açıqlanıb.

Mediasport.az xəbər verir ki, ilk olaraq kişi basketbolçularımız mübarizəyə qoşulacaqlar.

Komandamız startda Ermənistanla qarşılaşacaq.

Qadınlardan ibarət yığma ilk sınağını Malta seçməsi ilə keçirəcək.

Təsnifat mərhələsi 8-9 iyun aralığında baş tutacaq.


8 iyun

11:30. Ermənistan - Azərbaycan (kişilər)

16:10. Azərbaycan - Kosova (kişilərə)

17:50. Azərbaycan - Malta (qadınlar)

19:40. Kipr - Azərbaycan (kişilər)

23:20. Azərbaycan - Lüksemburq (qadınlar)

23:45. Azərbaycan - Albaniya (kişilər)