Dünya Seriyası: 3x3 basketbol üzrə yığmamız növbəti sınaq qarşısında

  Dünya Seriyası: 3x3 basketbol üzrə yığmamız növbəti sınaq qarşısında

Qadınlar arasında keçirilən 3x3 basketbol üzrə Dünya Seriyasının "Bordo" mərhələsində iştirak edəcək Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.

Mediasport.az xəbər verir ki, D qrupunda yer alan komanda ilk görüşünü iyulun 9-da, Bakı vaxtı ilə saat 21:30-da İrlandiya, Avstriya və "Bordo Ballistik" komandalarının yer aldığı qrupun qalibi ilə keçirəcək.

Növbəti rəqib İspaniya yığması olacaq. Bu qarşılaşma həmin gün, Bakı vaxtı ilə 23:15-də start götürəcək. Qruplarda ilk iki pilləni tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.