"Neftçi" Azərbaycan çempionu oldu

"Neftçi" Azərbaycan çempionu oldu

Basketbol üzrə Azərbaycan Qadınlar Liqasına yekun vurulub.

Mediasport.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan mövsümün final qarşılaşmasında "Neftçi" İK ilə "Azstars" üz-üzə gəlib.

Rəqibini darmadağın edən "ağ-qaralar" böyük fərqlə - 93:29 hesabı ilə qalib gələrək Azərbaycan çempionu adını qazanıb.

Finalın ən dəyərli basketbolçusu (MVP) “Neftçi”dən Angelina İsmayılova seçilib.

Beləliklə, "Neftçi" İK ilk dəfə pley-off sistemi ilə baş tutan birinciliyin ilk qalibi olub.