2 kluba texniki məğlubiyyət verildi
AFFA-nın keçirdiyi aşağı yaş qrupları üzrə liqalarda iştirak edən komandalardan ikisi texniki məğlubiyyət alıb.
Mediasport.az xəbər verir ki, qərarı bugünkü iclasda İntizam Komitəsi çıxarıb.
U-10 Liqasında keçirilməli olan “Antiguoko İnternational” – “Sahil” oyunu ikincilərin meydana çıxmaması səbəbindən ləğv olunub və komanda 0:3 hesablı texniki məğlubiyyət alıb.
U-13 Liqasında “Həkəri” (Qubadlı) –“Sumqayıt City” matçı isə ev sahibi komandanın heyətinin yetərsay olmamasına görə baş tutmayıb. “Həkəri” kollektivi 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.