Aleksandr Mixaylov "Sumqayıt"a yeni baş məşqçi təyin edildi

Aleksandr Mixaylov "Sumqayıt"a yeni baş məşqçi təyin edildi

Azərbaycan Basketbol Liqasında mübarizə aparan "Sumqayıt" baş məşqçi Teymur Hüseynovla vidalaşıb.

Mediasport.az xəbər verir ki, mütəxəssislə başa çatan müqavilə yenilənməyib.

Komandanı rusiyalı Aleksandr Mixaylov çalışdıracaq.

O, karyerası ərzində Kursk və Çelyabinsk "Dinamo"larında köməkçi məşqçi kimi iş başında olub.

2016-2019-cu illərdə "Tambov"la Rusiya 2-ci Liqasını qalib başa vurub.

Mixaylov "Metallurq" (Maqnitaqorsk), "Novasibirsk", "Peresveta-YFU" (Rostov) kimi klublarda da çalışıb.