"Bayer"lə "Qalatasaray" Avropa nəhənglərini qabaqlayıblar
Cari mövsüm Avropanın TOP-5 Liqası və Türkiyə Süperliqasında ən çox xal qazanan komandaların adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, zirvədə ikihakimiyyətlilik mövcuddur: "Bayer" (Leverkuzen) və "Qalatasaray" 2.71 xallıq göstərici ilə müvafiq olaraq, 1-2-ci pillələri bölüşdürürlər.
Türkiyənin digər təmsilçisi "Fənərbağça" "ilk 3-lüy"ü tamamlayır (2.65). İtaliyadan "İnter" 4-cü (2.63), İspaniyadan "Real" 5-ci (2.50) olub.
"Arsenal" (2.29), "Liverpul" (2.29), PSJ (2.25), "Mançester Siti" (2.25) və "Barselona" (2.23) 6-10-cu sıralarda qərarlaşıblar.