Avropa Liqasında qrup mərhələsi yekunlaşdı: 16 komanda davam edir

Avropa Liqasında qrup mərhələsi yekunlaşdı: 16 komanda davam edir

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

mediasport.az xəbər verir ki, bununla da növbəti mərhələnin bütün iştirakçıları bəlli olub.

Qruplarda ilk yeri tutan komandalar 1/8 finalda, 2-ci yerin sahibləri 1/16 finalda mübarizə aparacaqlar. 3-cü pillənin sahibləri isə çıxışlarını Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcəklər.


Avropa Liqası. Qrup mərhələsi. 6-cı tur


A qrupu 

"Arsenal" (İngiltərə) - "Sürix" (İsveçrə) 1:0

"Bude Qlimt" (Norveç) - PSV (Niderland) 1:2

Xal durumu: "Arsenal" - 15, PSV - 13, "Budö Qlimt" - 4, "Sürix" – 3


B qrupu

"Dinamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə) 0:2

"Renn" (Fransa) - AEK (Larnaka, Kipr) 1:1

Xal durumu: "Fənərbağça" – 14, "Renn" - 12, AEK – 5, “Dinamo” - 1


C qrupu

"Roma" (İtaliya) - "Ludoqores" (Bolqarıstan) 3:1

"Betis" (İspaniya) - HİK (Finlandiya) 3:0

Xal durumu: "Betis" - 16, "Roma" - 10, "Ludoqores" - 7, HİK - 1


D qrupu

"Yunion" (Belçika) - "Yunion" (Berlin, Almaniya) 0:1

"Braqa" (Portuqaliya) - "Malmö" (İsveç) 2:1

Xal durumu: "Yunion" - 13, "Yunion" (Berlin) - 12, "Braqa" - 10, "Malmö" - 0


E qrupu

 "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) 0:1

"Şerif" (Moldova) - "Omoniya" (Kipr) 1:0

Xal durumu: "Real Sosyedad" - 15, "Mançester Yunayted" - 15, "Şerif" - 6, "Omoniya" - 0


F qrupu

"Midtyullan" (Danimarka) - "Şturm" (Avstriya) 2:0

"Feyenoord" (Niderland) - "Latsio" (İtaliya) 1:0

Xal durumu: "Feyenoord" - 8, "Midtüllan" - 8, "Latsio" - 8, "Şturm" - 8


G qrupu

"Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya) 1:1

"Olimpiakos" (Yunanıstan) - "Nant" (Fransa) 0:2

Xal durumu: "Frayburq" - 14, "Nant" - 9, "Qarabağ" - 8, "Olimpiakos" - 2


H qrupu

"Trabzonspor" (Türkiyə) - "Ferensvaroş" (Macarıstan) 1:0

"Monako" (Fransa) - "Srvena Zvezda" (Serbiya) 4:1

Xal durumu: "Ferensvaroş" - 10, "Monako" - 10, "Trabzonspor" - 9, "Srvena Zvezda" - 6