38-qat ölkə çempionu oldular

38-qat ölkə çempionu oldular

Futbol üzrə Portuqaliya çempionatında 2022/2023-cü illər mövsümünün qalibi son turda müəyyənləşib.

mediasport.az xəbər verir ki, "Santa Klara"nı 3:0 hesabı ilə məğlub edən "Benfika" qızıl medalların sahibi olub.

Lissabon təmsilçisi ən yaxın izləyicisi "Portu"nu 2 xal qabaqlayıb. Almaniyalı Roger Şmidtin baş məşqçisi olduğu komanda tarixində 38-ci dəfə Portuqaliya çempionu adını qazanıb.