DÇ-2022: Daha bir milli komandanın baş məşqçisi istefa verdi
Qana millisini Dünya çempionatının 1/8 finalına çıxara bilməyən Otto Addo baş məşqçi postundan istefa verib.
mediasport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis qrupun son turunda Uruqvay yığmasına 0:2 hesablı məğlubiyyətin ardından tutduğu postu tərk etdiyini açıqlayıb.
2022-ci ilin fevralından milliyə rəhbərlik edən Addonun komandası H qrupunu 3 xalla sonuncu pillədə başa vurub.