Avropa çempionatının pley-off mərhələsinin püşkü atılıb - FOTO

 Avropa çempionatının pley-off mərhələsinin püşkü atılıb - FOTO

Yayda Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatına son 3 vəsiqə uğrunda pley-off mərhələsinin püşkü atılıb.

Mediasport.az xəbər verir ki, A, B və C Yolunda üz-üzə gələcək komandalar müəyyənləşib.

A Liqasında Polşa - Estoniya, Uels - Finlandiya, B Liqasında İsrail - İslandiya, Bosniya və Herseqovina - Ukrayna, C Liqasında isə Gürcüstan - Lüksemburq və Yunanıstan - Qazaxıstan görüşləri baş tutacaq.

Hər liqada cütlüklərin qalibləri arasında final görüşlərindən sonra 3 milli komanda qitə birinciliyinin əsas mərhələsinə vəsiqəni təmin edəcək.

Oyunlar martda keçiriləcək.

Daha əvvəl Xorvatiya, İtaliya, Sloveniya, Çexiya, Serbiya, Niderland, Rumıniya, İsveçrə, Almaniya, Portuqaliya, Fransa, İngiltərə, İspaniya, Belçika, Danimarka, Macarıstan, Türkiyə, Albaniya, Avstriya, Şotlandiya və Slovakiya milli komandaları AÇ-yə vəsiqə əldə ediblər.

Avropa çempionatının final mərhələsində 6 qrupun hərəsində 4 yığma olmaqla 24 komanda mübarizə aparacaq.