Beynəlxalq Olimpiya Komitəsi Ramazanova haqda: "Çempion ürəyi, ananın gücü" - VİDEO

Beynəlxalq Olimpiya Komitəsi Ramazanova haqda: "Çempion ürəyi, ananın gücü" - VİDEO

"Çempion ürəyi, ananın gücü. Yaylagül Ramazanova Paris 2024-də limitləri yenidən müəyyənləşdirdi".

Mediasport.az xəbər verir ki, bu sözləri Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan idmançısı Yaylagül Ramazanova barədə paylaşımında qeyd edib.

Ana olmağa hazırlaşan idmançımızın Olimpiadanın kamandan oxatma yarışlarında iştirakı bütün dünya mediasının diqqətini cəlb edib. 

Xarici media nümayəndələri Yaylagül Ramazanovanın bu addımını böyük cəsarət və əsl idmançı əzmkarlığı kimi qiymətləndiriblər. Bir çox beynəlxalq media qurumları Yaylagüldən müsahibə götürmək və onunla reportaj hazırlamaq üçün müraciət ediblər.